Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanğın söndürülüb

Yanğın söndürülüb

1 avqust 2018-ci il tarixində saat  22:00-da Lənkəran rayonunun Yuxarı Nüvədi (Aleksyevka) kəndinin yaxınlığında, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 24 saylı dolayında baş verən yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları və kənd əhalisi tərəfindən qısa müddət ərzində söndürülüb.

Yanğın 0,01  hektara yaxın ərazini əhatə edib və nəticədə quru xəzəl, qurumuş və yıxılmış ağaclar yanıb. 

Eyni zamanda 2 avqust 2018-ci il tarixində saat 3 radələrində Ağsu meşəbəyliyinin 8 saylı dolayında da yanğın hadisəsi baş verib. Naməlum səbəbdən baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları tərəfindən qısa müddət ərzində söndürülüb.

Yanğın nəticəsində 0,4 hektar ərazidə quru ot örtüyü yanıb.

Yanğınların hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması istiqamətində araşdırma aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Qəzənfər QASIMOV,
“Xalq  qəzeti”

 

2 2018 17:52 - EKOLOGİYA
EKOLOGİYA
22 Avqust 2019 | 17:50
Ağac kəsən şəxs cəzalanıb
21 Avqust 2019 | 10:44
Volqoqradda güclü istilər
17 Avqust 2019 | 16:54
Moskvaya güclü istilər gəlir

Köhnə versiyamızdan xəbərləri izlə