Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 355   Bakı şəhəri, 9 avqust  2019-cu il


“Neft-qaz sektoruna aid edilən iqtisadi fəaliyyət növlərinin siyahısının “İqtisadi Fəaliyyət Növləri Təsnifatı”nın (AZT029-2008) beşrəqəmli altsinif kodları səviyyəsində təsdiq edilməsi haqqında
“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin  2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 4.8.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının  Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Neft-qaz sektoruna aid edilən iqtisadi fəaliyyət növlərinin siyahısı “İqtisadi Fəaliyyət Növləri Təsnifatı”nın (AZT029-2008) beşrəqəmli altsinif kodları səviyyəsində təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 avqust tarixli 355 nömrəli Qərarı ilə təsdiq edilmişdir.                                                                        

 

Neft-qaz sektoruna aid edilən iqtisadi fəaliyyət növlərinin

 

Siyahısı

 

 

            İqtisadi Fəaliyyət Növləri Təsnifatı (AZT029-2008) altsinfi

kodu

adı

06100

Xam neft hasilatı

06200

Təbii (yanar) qaz hasilatı

09101

Neft və təbii qaz hasilatı sahəsində xidmətlərin göstərilməsi

09102

Neft və təbii qazın hasilatı üçün quyuların qazılması

19200

Təmizlənmiş neft məhsullarının istehsalı, o cümlədən neft məhsullarından briketlər

 

2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə