Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərsu” ASC-nin “Sutikinti” Müəssisəsi müxtəlif növ mal-materialların satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

“Azərsu” ASC-nin “Sutikinti” Müəssisəsi müxtəlif növ mal-materialların satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə etender.gov.az rəsmi internet səhifəsində yerləşdirsinlər.Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, təcrübə və maliyyə vəziyyəti. 
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu etender.gov.az rəsmi internet səhifəsindən əldə edə bilərlər.
İştirak haqqı 200 manatdır.
Təşkilat- “Azərsu” ASC-nin “Sutikinti” Müəssisəsi
VÖEN- 9900008771
Bank- “Kapital Bank” ASC-nin 1 saylı Nəsimi filialı
Kod- 200112
VÖEN-9900003611
M/h- AZ37NABZ 0135010000000001944
S.W. İ. F. T. BIK- AİİBAZ2X
H/h- AZ60AİİB33010019441102346111
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
- əsas şərtlər toplusunda nəzərdə tutulan digər sənədlər. 
Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 29 avqust 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə 5 sentyabr 2019-cu il saat 16.00-a qədər tender.gov.az rəsmi internet səhifəsində tələb olunan portalda yerləşdirməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan qəbul olunmayacaqdır.
İddiaçıların təklifləri 6 sentyabr 2019-cu il saat 16.00-da açılacaqdır.

Tender komissiyası

15 2019 10:47 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 Sentyabr 2019 | 03:06
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə