Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mikro, kiçik və orta sahibkarların nəzərinə! “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC elektron satınalma vasitəsilə AÇIQ TENDER ELAN EDİR

Mikro, kiçik və orta sahibkarların nəzərinə! “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC elektron satınalma vasitəsilə AÇIQ TENDER ELAN EDİR

1. Füzuli rayonu ərazisində 1200 hektar əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsinin satın alınması.
2. Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işləri ilə bağlı tədbirlərin satın alınması.
3. Ağcabədi rayonu ərazisində 2500 hektar əkin sahəsi olan təsərrüfatının suvarma suyu ilə təmin edilməsinin satın alınması. 
4. Ağcabədi rayonunda yaradılan aqroparkın 850 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsinin satın alınması.
Obyektlərin tikintisi üzrə işlər (miqdarı, həcmi, xüsusiyyətləri, təqdim olunması vaxtı, yeri və s.) tenderin şərtlər toplusunda göstərilmişdir. 
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/- dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. 
Potensial imkanları olan iddiaçılar 1-ci və 2-ci obyektlər üçün hər birinə 150 manat, 3-cü və 4-cü obyektlər üçün isə hər birinə 200 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra müsabiqəyə tələb olunan sənədləri və təkliflərini portal vasitəsilə təqdim edə bilərlər. 
Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti 
VÖEN- 1300300711, 
H/h - AZ 10 IBAZ 380700194497 16100216, 
“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı
M/h- AZ03NABZ01350100000000002944,
VÖEN -9900001881, 
SWIFT - IBAZAZ2Х (AZIPS-in üzvü)
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumları nəzərə almaqla hesablamalıdılar. Tenderdə bütün təkliflərin avtomatik qiymətləndirilməsi təmin olunur.
Təkliflərin qiymətləndirilməsi zamanı aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji obyektlərin tikintisində böyük təcrübəsi, maliyyə vəziyyəti, işlərin cədvələ uyğun təhvil verilməsi və bu sahə üzrə təcrübəli mütəxəssislərin olması.
İştirakçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ”Azərbaycan Meliorasiya və Su Təsərrüfatı“ ASC-nin tender komissiyasına müraciət;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə müvafiq vergi orqanından arayış;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; 
- iddiaçının son beş ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- işləri yerinə yetirmək üçün tələb olunan potensial imkanları və maşın-mexanizmləri haqqında məlumat;
- tikinti işlərini yerinə yetirməyə icazə verən lisenziya ; 
- tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra ən azı 30 bank günüdür;
- tender təklifinin təminatı ümumi təklifin 1 faizi həcmində olmalıdır və zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır.
İddiaçılar ixtisas uyğunluğu haqqında tələb olunan sənədləri 3 sentyabr 2019-cu il saat 17.00-а qədər təqdim etməlidirlər.
İddiaçılar tender təkliflərini iki nüsxədən ibarət (əsli və surəti) ikiqat zərfdə bağlanıb möhürlənmiş və imzalanmış şəkildə 11 sentyabr 2019-cu il saat 17.00-а qədər təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 12 sentyabr 2019-cu il saat 15.00-dа Bakı şəhəri, Hökumət evi, V mərtəbədə, 514 nömrəli otaqda açılacaqdır .
İddiaçılar zərflərin açılışının nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.
İddiaçıların səlahiyyətli nümayəndələri etibarnamə əsasında tenderdə iştirak edə bilərlər.

 

Tender komissiyası

15 2019 10:44 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
26 Fevral 2020 | 02:29
MƏTANƏT A
26 Fevral 2020 | 02:28
KAPİTAL BANK
26 Fevral 2020 | 02:24
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə