Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsti hava şəraiti Yaponiyada 23 nəfərin həyatına son qoyub

İsti hava şəraiti Yaponiyada 23 nəfərin həyatına son qoyub

İsti hava ötən həftə Yaponiyada 23 nəfərin həyatına son qoyub. “Kyodo” agentliyinin məlumatına görə,daha  12 min 751 nəfər günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ölüm halları Yaponiyanın 20 profekturasında qeydə alınıb. Həftə ərzində paytaxt Tokioda 1465 nəfər, Saytama şəhərində 977, Osakada isə 897 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

Artıq iki həftədir ki, Yaponiyada minlərlə insan həkimə müraciət edir. İyulun 29-dan avqustun 4-dək 18 min nəfərdən çox adam xəstəxanaya yerləşdirilib.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

14 2019 16:35 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə