Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yunanıstanda meşə yanğınları

Yunanıstanın Evbeya adasında güclü meşə yanğınları artıq nəzarətdən çıxıb. Alovla mübarizəyə xeyli xilasedici və könüllülər cəlb edilib. Hakimiyyət orqanları adada fövqəladə vəziyyət elan ediblər. Adadakı 4 kəndin sakinləri və monastrda olan rahib və rahibələr təcili evakuasiya ediliblər.

Yunanıstan hökuməti alovla mübarizəni bacara bilmədiyindən Avropa İttifaqına müraciət edib. İtaliya və Xorvatiyadan  alovu söndürmək üçün Yunanıstana təyyarələr göndərilib.

Yanğına səbəb isə isti hava şəraiti və güclü külək olduğu bildirilir. Hazırda Yunanıstanda havanın temperaturu 40 dərəcə istidən çoxdur.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

14 2019 16:29 - EKOLOGİYA
EKOLOGİYA
30 İyul 2020 | 17:13
Rusiyada güclü yağışlar
14 May 2020 | 10:05
Ov edən şəxs saxlanılıb

Köhnə versiyamızdan xəbərləri izlə