Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin qiyməti artmaqda davam edir

Neftin qiyməti artmaqda davam edir

Dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edir. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 4,3 faiz artaraq bir bareli 60,99 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan  ABŞ-ın “WTI” markalı neftinin qiyməti 3,4 faiz artaraq bir bareli 56,50, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 4,5 faiz artaraq bir bareli 62, 52 dollar olub.

“Bloomberg”in məlumatına görə, “qara qızıl”ın qiyməti ABŞ-la Çinin ticarət müharibəsinin qızğın vaxtında artıb. Bazar iştirakçıları neftin qiymətini sabit saxlamaq üçün yollar axtarırlar. Onlar bildiriblər ki, ticarət müharibəsi nəticəsində neftin qiyməti yenə də aşağı düşə bilər. Buna görə də bu mübarizədən kənar olmaq üçün alternativ yollar axtarılır.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

14 2019 16:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə