Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Toxum Fondunun zavodlarında 1000 ton toxum emal olunub

Dövlət Toxum Fondunun zavodlarında 1000 ton toxum emal olunub

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun Xaçmaz və Şəki şəhərlərində yeni inşa edilmiş toxum emalı zavodlarında 1 ay ərzində 1000 ton yerli və xarici toxum emal olunub.

Nazirlikdən verilən məlumata görə, müəssisələr saatda 5 ton toxum emal etmək gücünə malikdir və emal olunmuş toxum 5000 hektar ərazini keyfiyyətli toxumla təchiz edə bilər.

Emal prosesi dörd mərhələdən ibarətdir. İlk mərhələdə əsas daş qalıqları və iri saman çöpləri, ikinci mərhələdə xırda saman çöpləri və vələmir, üçüncü mərhələdə xırda buğdalar, dördüncü mərhələdə buğda köynəyi və boş buğdalar təmizlənərək kalibrləmə edilir. Təmizlənmiş buğdalar sürmə xəstəliyinə qarşı maddə ilə dərmanlanaraq 50 kiloqramlıq kisələrə yığılır.

Zavodların əsas üstünlüyü toxum emalını az itki ilə həyata keçirməsidir. Hazırda zavodlarda emal prosesi davam edir.

14 2019 15:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Oktyabr 2019 | 17:17
Honqkonqda Ukrayna elementi
19 Oktyabr 2019 | 12:11
Azərbaycan Bayrağı

Köhnə versiyamızdan xəbərləri izlə