Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abşeronda iki mindən çox ailəyə qurban əti paylanılıb

Abşeronda iki mindən çox ailəyə qurban əti paylanılıb

Qurban bayramı respublikamızın hər yerində olduğu kimi, Abşeronda da geniş qeyd edilir. Rayonda kəsilən qurbanlar icra hakimiyyətində yaradılan komissiya tərəfindən tərtib olunmuş siyahıya əsasən bir şəhər, 15 kənd və qəsəbə inzibati ərazi dairəsində paylanılıb.

Qurban əti şəhid ailələrinə, Qarabağ müharibəsi və Çernobıl əlillərinə, habelə İkinci Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşan məcburi köçkün ailələrinə, tənha və yataq xəstələrinə, eləcə də yardıma ehtiyacı olan digər ailələrə verilib. Ümumilikdə 2 mindən çox ailəyə qurban əti paylanılıb.

Qurbanlıq heyvanlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilən məntəqədə kəsilib.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

14 2019 14:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə