Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qarabağ”ın rəqibi bəlli oldu

“Qarabağ”ın rəqibi bəlli oldu

Çempionlar Liqası 3-cü təsnifat mərhələsində mübarizəni dayandıran Ağdamın “Qarabağ” komandasının Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub.

İlk oyunda, Kiprdə “Apoel”i 1-2 hesabı ilə məğlub etmiş “Qarabağ” dünən Bakıda keçirilmiş cavab qarşılaşmasında rəqibinə 0-2 hesabı ilə məğlub olaraq mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

Şimali İralandiyanın “Linfild” komandası Avropa Liqasının 3-cü təsnifat mərhələsində Monteneqro təmsilçisi “Sutyeska”nı hər iki oyunda (2-1, 3-2) məğlub edərək pley-offda “Qarabağ”a rəqib olub.

Qeyd edək ki, Avropa Liqası pley-off mərhələsinin ilk oyunları avqustun 22-də, cavab qarşılaşmaları isə 29-da oynanılacaq. “Qarabağ” ilk oyununu Şimali İrlandiyada keçirəcək.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

14 2019 12:54 - İDMAN
İDMAN
20 Avqust 2019 | 10:31
Koutinyo “Bavariya”da
17 Avqust 2019 | 22:07
Mert Çetin “Roma”da
16 Avqust 2019 | 12:17
Moreno “Atletiko”ya keçir
9 Avqust 2019 | 10:40
“Real” Neymarla maraqlanır

Köhnə versiyamızdan xəbərləri izlə