Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“ÇÖLÇÜ” filminin növbəti mükafatı

Şamil Əliyevin “ÇÖLÇÜ” filmi yeni zirvələri fəth etməkdədir

“ÇÖLÇÜ” filminin növbəti mükafatı

Beynəlxalq kino ekspertlərdən ibarət münsiflər  heyəti “Çölçü” filmini WHITE UNICORN NTERNATIONAL FILM FESTIVAL  İyul – Avqust 2019 (Hindistan) müsabiqəsində Ən yaxşı bədii film (Xarici dil) mükafatına layiq görmüşdür. Mükafat sertifikat və qızıl suyuna çəkilmiş heykəl fiqurla təsdiq olunur.

Mükafatın təqdim etmə mərasimi 2019-cu il avqustun 11-də Hindistanın Kolkata şəhərinin - Rotary Sadan klubunda baş tutmuşdur. Filmin rejissoru Şamil Əliyev mərasimə video müraciətlə qatılmışdır.

Qeyd edək ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibi olan Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 57 beynəlxalq film festivalında iştirak edərək 30-a qədər müxtəlif mükafatlara layiq görülüb.

“Çölçü” ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”,  “Ən yaxşı qadın oyunçu”, “Ən yaxşı aktyor”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Salome Demuria, Cavidan Məmmədov və başqaları çəkiliblər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 2019 12:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Oktyabr 2019 | 17:17
Honqkonqda Ukrayna elementi
19 Oktyabr 2019 | 12:11
Azərbaycan Bayrağı

Köhnə versiyamızdan xəbərləri izlə