Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda iyul ayı üzrə gündəlik neft hasilatı 778 min barrel olub

Azərbaycanda iyul ayı üzrə gündəlik neft hasilatı 778 min barrel olub

Respublikada iyul ayı üzrə gündəlik neft hasilatı 778 min barrel olub. Bunun 704 min barrelini xam neft, 74 min barrelini kondensat təşkil edib.

Energetika Nazirliyindən verilən məlumatda bildirilir ki, gündəlik 500 min barrel xam neft, 70 min barrel kondensat, 29 min barrel isə neft məhsulları ixrac edilib.

Qeyd edək ki, cari ilin yanvar - iyul aylarında orta gündəlik neft hasilatı 771,7 min barrel təşkil edib.

Energetika Nazirliyi iyul ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Xatırladaq ki, 2018-ci il dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.

                                                                                   

Samirə Əliyeva,
  “Xalq
qəzeti”

14 2019 12:04 - İQTİSADİYYAT
İQTİSADİYYAT
19 Oktyabr 2019 | 17:20
Həftəsonu neftin qiyməti
15 Oktyabr 2019 | 12:32
Neftin qiyməti ucuzlaşır

Köhnə versiyamızdan xəbərləri izlə