Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BŞBPİ: "Qarabağ" - APOEL oyunu zamanı azerkeşlərin rəqib komandaya hücum çəkməsi haqqında məlumatlar doğru deyil

BŞBPİ:

Sosial şəbəkələrdə və bəzi idman informasiya saytlarında Bakıda keçirilən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi üzrə keçirilən oyun zamanı azerkeşlərin rəqib komandaya hücum çəkməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev

bildirib ki, oyun yüksək təhlükəsizlik şəraitində başa çatıb, heç bir neqativ hal baş verməyib: "Digər xarici ölkədə keçirilən oyun zamanı baş verən insidenti dünənki oyuna “transformasiya” etmək cəhdi ictimai fikri çaşdırmaq məqsədi daşıyır.

Qəti olaraq bildiririk ki, Bakıda keçirilən oyun zamanı Ermənistan bayrağı dalğalandırılmayıb, bununla hər hansı fakt qeydə alınmayıb. Əgər varsa, Bakı Şəhər Baş Polis İdarəsinə təqdim olunmasını tövsiyyə edirik.

Həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur. Polis orqanları ilə heç bir dəqiqləşdirmə aparamdan, əsassız yazılıb, iddialar dezinformasiyadır.

Mətbuat nümayəndələrinə tövsiyə olunur ki, həqiqətə uyğun olmayan məlumatların yayılmaması və bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə həmin məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü dəqiqləşdirsinlər".

Qeyd edək ki, ötən gün Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda "Qarabağ" Kiprin APOEL klubu ilə görüş keçirib və 2:0 hesabı ilə məğlub olub.

 

“Xalq qəzeti”

14 2019 12:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə