Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il 179 binada 11786 mənzilə qaz verilib

Bu il  179 binada 11786 mənzilə qaz verilib

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 19 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyi bu fərmandan irəli gələn  məsələlərin operativ həlli məqsədilə müəyyən tədbirlər görüb.

“Azəriqaz” İB-nin mətbuat xidmətindən aldığımız məlumatda deyilir ki, cari ilin avqustun əvvəlinə qədər 179 bina üzrə 11786 mənzil, təkcə iyul ayında isə 35 bina üzrə 3072 mənzil qazla təmin olunub. Bu işlərin icrası çərçivəsində Birliyin əməkdaşları qazla təmin olunmayan və ya natamam təmin olunan yaşayış binalarının tikinti şirkətləri ilə mütəmadi görüşlər keçirib. Yaranmış problemlərin aradan qaldırılması üçün lazımı köməkliyin göstərilməsi istiqamətində müvafiq təkliflər verilib.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

14 2019 11:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə