Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 354 Bakı şəhəri, 9 avqust 2019-cu il
 
“Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
“Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1520-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli 1103 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1001, № 10, maddə 1295; 2016, № 2 (II kitab), maddə 355, № 9, maddə 1585; 2018, № 9, maddə 1943, № 10, maddə 2170, № 11, maddə 2462; 2019, № 3, maddə 518) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Qərarla təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”nın 5.3-cü bəndində “, onların fotoşəkilləri çəkilir və daktiloskopik qeydiyyatı aparılır” sözləri “və onların fotoşəkilləri çəkilir” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Həbs edilmiş şəxslərin “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda məcburi dövlət daktiloskopik və məcburi dövlət genom qeydiyyatı aparılır.”.
2. Həmin Qərarla təsdiq edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”nın 2.1-ci bəndində “, onların fotoşəkilləri çəkilir və daktiloskopik qeydiyyatı aparılır” sözləri “və onların fotoşəkilləri çəkilir” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:
“Tutulmuş və ya həbs edilmiş şəxslərin “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda məcburi dövlət daktiloskopik və məcburi dövlət genom qeydiyyatı aparılır.”.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri 
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə