Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Atmosfer havasını çirkləndirən şəxs cərimələndi

Atmosfer havasını çirkləndirən şəxs cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə  Suraxanı rayonu, Hövsan kəndinin ərazisində fəaliyyət göstərən Quşçuluq kompleksindən ətrafa yayılan kəskin qaz qoxusunun gəlməsi ilə bağlı şikayət daxil olub. Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq və Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentlərinin mütəxəssisləri tərəfindən sözügedən ünvanda monitorinq və araşdırma aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, sözügedən ərazinin atmosfer havasından nümunə götürülərək analiz olunub. Analizlərin nəticələrinə görə nümunələrdə etil-benzolun sanitar normadan 5,4 dəfə çox olduğu müəyyən edilib. Faktla bağlı Quşçuluq kompleksinin direktoru Emin Sadıqov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində  2500 manat məbləğində cərimə olunub.

Qəzənfər QASIMOV,
"Xalq qəzeti"

 

 

2 2018 17:48 - EKOLOGİYA
EKOLOGİYA
22 Avqust 2019 | 17:50
Ağac kəsən şəxs cəzalanıb
21 Avqust 2019 | 10:44
Volqoqradda güclü istilər
17 Avqust 2019 | 16:54
Moskvaya güclü istilər gəlir

Köhnə versiyamızdan xəbərləri izlə