Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sinxua agentliyi AZƏRTAC-a “Bir kəmər, bir yol” İqtisadi İnformasiya Tərəfdaşlığı platformasının təsisçi üzvü sertifikatını göndərib

Sinxua agentliyi AZƏRTAC-a “Bir kəmər, bir yol” İqtisadi İnformasiya Tərəfdaşlığı platformasının təsisçi üzvü sertifikatını göndərib

Çinin Sinxua agentliyi Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) “Bir kəmər, bir yol” İqtisadi İnformasiya Tərəfdaşlığı platformasının təsisçi üzvü sertifikatını göndərib. 
Pekində AZƏRTAC-ın “Bir kəmər, bir yol” İqtisadi İnformasiya Tərəfdaşlığı platformasının təsisçi üzvü statusu rəsmən təsdiqlənib, agentlik platformanın bütün hüquq və imtiyazlarından istifadə etmək hüququ qazanıb.
“Bir kəmər, bir yol” İqtisadi İnformasiya Tərəfdaşlığı platformasının istifadəyə verilməsi mərasimi iyunun 27-də Çinin paytaxtı Pekində keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi II "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda qaldırılan məsələlərin icrası istiqamətində Çinin Sinxua agentliyinin təşəbbüsü ilə yaradılan platforma "Bir kəmər, bir yol" təşəbbüsünün əhatə etdiyi ölkələrin iqtisadi həyatında, xüsusən də dövlətlərin qeyd olunan təşəbbüs çərçivəsində əməkdaşlığına dair xəbərlərin mübadiləsi və maraqlı qurumlar, o cümlədən biznes birlikləri, şirkətlər arasında yayılmasını təmin etmək məqsədi daşıyır.
AZƏRTAC Sinxuanın bu təşəbbüsünü dəstəkləyən ilk media qurumlarından biridir və bununla da beynəlxalq ticarət yollarının və nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycanın iqtisadi inkişafı, transmilli enerji və nəqliyyat layihələri, ölkəmizin logistika potensialı, turizm infrastrukturu, xarici ticarəti və iqtisadi qanunvericiliyinə dair xəbərlərini geniş auditoriyaya yaya biləcək.
Platformaya KİV-lərlə yanaşı, tədqiqat mərkəzlərinin, ticarət və sənaye palatalarının daxil olması onların birgə əməkdaşlığı üçün də yeni imkanlar açır. Platformada yer alan KİV-lərin və digər qurumların xəbərləri, analitik məqalələri, elmi araşdırmaları "BRİnfo" adlı internet portalında yayılacaq. Beləliklə, "Bir kəmər, bir yol" İqtisadi İnformasiya Tərəfdaşlığı ölkələrinin nəhəng izləyici auditoriyası böyük bir coğrafiyada baş verən iqtisadi yeniliklərdən operativ xəbər tuta biləcək. Bu platformanın digər bir üstünlüyü xəbərlərin ilkin mənbədən çatdırılması olacaq. 
 Nizamnaməyə əsasən, platforma yeni üzvlər üçün açıqdır. Onun ildə bir dəfə keçiriləcək toplantısında təşkilatın fəaliyyətinə dair qərarlar qəbul olunacaq, yeni üzvlərin müraciətlərinə baxılacaq. Sinxua agentliyi əlaqələndirici ofisin fəaliyyətini təmin edəcək.
Xəbərlərini səkkiz dildə – Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb, Çin və ispan dillərində yayan AZƏRTAC Çin KİV-ləri, o cümlədən Sinxua agentliyi, "Jenmin Jibao", "China Daily" və "Global Times" qəzetləri ilə uğurlu əməkdaşlıq edir. AZƏRTAC ilə Sinxuanın 2003-cü ildən başlayan əməkdaşlığı dövründə birgə fotosərgilər, təqdimatlar, informasiya və təcrübə mübadiləsi həyata keçirilib. Eyni zamanda, hər iki agentlik Dünya Xəbər Agentlikləri Konqresində və OANA-da sıx əməkdaşlıq edir. Ötən ilin iyununda Şanxay Əməkdaşlıq Təşkilatının Pekində keçirilmiş birinci media sammiti çərçivəsində iki agentlik arasında yeni əməkdaşlıq sazişi imzalanıb.

10 2019 20:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə