Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC AÇIQ TENDER ELAN EDİR

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC üçün “televiziya avadanlıqlarının satın alınması və quraşdırılması” işlərinin satın alınması.
Lot üzrə işlər barədə ətraflı məlumat (miqdarı, həcmi, xüsusiyyətləri, təqdim olunması vaxtı, yeri və s.) tenderin əsas şərtlər toplusunda göstərilmişdir.
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar 300 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqəyə tələb olunan sənədləri və təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
İddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumları nəzərə almaqla hesablamalıdırlar. Tenderdə bütün təkliflərin avtomatik qiymətləndirilməsi təmin olunur. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, malların cədvələ uyğun (işlərin və xidmətlərin) təhvil verilməsi. 
Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edilə bilər – əlaqələndirici şəxs – Elmar Əliyev, telefon-012 537-02-66, ünvan-Bakı şəhəri , M.Hüseyn küçəsi 1.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər: 
Alan bank- Dövlət Xəzinədarlığı Agentliyi, 1 saylı Xəzinə İdarəsi
VÖEN - 1401555071
Kod - 210005 
M/h - AZ41NABZ01360100000000003944 
SWIFT: CTREAZ22
Alan təşkilat - “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC
VÖEN-9900062371
Büdcə təsnifatının kodu-142340
Büdcə səviyyəsinin kodu-7, fond-7
 H/h-AZ33CTRE00000000000004048501
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün 29 avqust 2019-cu il saat 18.00-a qədər aşağıdakı sənədləri (tender təklifi və təklifin 1 faizi məbləğində bank zəmanəti istisna olmaqla) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; 
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; 
- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- işləri həyata keçirməyə icazə verən lisenziya.
İddiaçılar tender təklifi (təklif zərfləri açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır) və ümumi təklifin 1 faizi həcmində tender təklifinin təminatını – bank zəmanətini (tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 60 bank günü ərzində qüvvədə olmalıdır).
İddiaçıların tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. 
 İddiaçılar təkliflərini 6 sentyabr 2019-cu il saat 15.00-a qədər iki nüsxədən ibarət (əsli və surəti) ikiqat zərfdə bağlanıb möhürlənmiş şəkildə təqdim etməlidirlər. İddiaçıların təklifləri 9 sentyabr 2019-cu il saat 12.00-da Bakı şəhəri , M.Hüseyn küçəsi 1 nömrəli ünvanda açılacaqdır.
 İddiaçılar zərflərin açılışının nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.
İddiaçıların səlahiyyətli nümayəndəsi etibarnamə əsasında tenderdə iştirak edə bilər. 

 

Tender komissiyası

11 2019 02:01 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
14 Dekabr 2019 | 00:52
B İ L D İ R İ Ş
14 Dekabr 2019 | 00:52
B İ L D İ R İ Ş
14 Dekabr 2019 | 00:51
B İ L D İ R İ Ş
14 Dekabr 2019 | 00:51
B İ L D İ R İ Ş
14 Dekabr 2019 | 00:51
B İ L D İ R İ Ş
14 Dekabr 2019 | 00:50
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə