Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hind okeanında birgə hərbi təlim

Hind okeanında birgə hərbi təlim

İranın və Rusiyanın Hərbi Dəniz Qüvvələri Hind okeanında birgə təlim keçirəcəklər. Bu bəyanatla İranın Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Hüseyn Hanzadə çıxış edib.
O deyib ki, tərəflər artıq təlimlərlə bağlı razılıq əldə ediblər və cari ilin sonuna kimi Rusiyanın hərbi gəmiləri Hind okeanında neytral sulara daxil olduqdan sonra təlimlər başlayacaq.
Rusiya ilə İranın hərbi sahədə yüksək əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edən admiral hərbi təlimlərin Hind okeanının hansı hissəsində keçiriləcəyini dəqiq açıqlamayıb.
İran mətbuatı isə yazır ki, təlimlər ­Hörmüz boğazı və Fars körfəzində keçiriləcək. Hər iki məntəqə İranın nəzarətindədir. Təlimlərin keçirilməsinin məqsədi ABŞ-a qarşı yönəlməyib və onun təhlükəsizliyini  təhdid etmir. Çünki ABŞ coğrafi baxımdan bu regiondan çox uzaqda yerləşir. Buna baxmayaraq, təlimlər ABŞ-ın Fars körfəzində müttəfiqləri ilə birlikdə İrana qarşı koalisiya yaratmaq istəyinin qarşısını almaq üçündür.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

10 2019 19:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Oktyabr 2019 | 17:17
Honqkonqda Ukrayna elementi
19 Oktyabr 2019 | 12:11
Azərbaycan Bayrağı

Köhnə versiyamızdan xəbərləri izlə