Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

KXDR növbəti dəfə raket sınağı keçirib

KXDR növbəti dəfə raket sınağı keçirib

BBC-nin yaydığı məlumata görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) növbəti dəfə iki raket sınağı həyata keçirib.
Bu barədə mənbə Cənubi Koreyanın silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla bildirib ki, raketlər səhər saatlarında Şimali Koreyanın şərqində yerləşən Hamhunq şəhərindəki hərbi bazadan Yapon dənizi istiqamətində buraxılıb. Hələlik raketlərin növü və buraxılışın detalları barədə ətraflı məlumat verilməyib.
Qeyd edək ki, son günlər KXDR-in raket sınaqları ardıcıl xarakter alıb. İyulun 25-dən bəri Şimali Koreya beş dəfə raket buraxılışı həyata keçirib. Sonuncu dəfə avqustun 6-da iki qısamənzilli ballistik raket (KN-23) Yapon dənizi istiqamətində buraxılmışdı.

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

 

10 2019 19:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Sentyabr 2019 | 23:32
Şəhidlərin xatirəsinə ehtiram

Köhnə versiyamızdan xəbərləri izlə