Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daha beş il “Mançester Siti”də

“Mançester Siti” klubu futbolçu İlkay Gündoğan ilə müqavilənin müddətini uzadıb. Yeni müqaviləyə əsasən, o,  2023-cü ilədək klubun şərəfini qoruyacaq. Ötən mövsüm İngiltərə Premyer Liqasında 31 oyunda meydana çıxan 28 yaşlı yarımmüdafiəçi 6 qol vurub, 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, İlkay Gündoğan 2016-cı ildə Dortmund “Borussiya”sından 27 milyon avroya  Mançester təmsilçisinə keçib.
Xəbəri “Eurosport” verib.

 

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

10 2019 19:49 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə