Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pekindən xəbərdarlıq

Pekindən xəbərdarlıq

Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunin ABŞ-ı Honkonqdakı vəziyyətə və Çinin daxili işlərinə müdaxilə etməyi dayandırmağa çağırıb. O deyib: “Dövlət Departamentinin rəsmi nümayəndəsi KİV-dəki məlumatları müzakirə etməmişdən əvvəl öz ifadələrini və hərəkətlərini yenidən nəzərdən keçirməlidir. Bu media məlumatlarını bəhanə edib bundan digər ölkələrin hökumətlərinə hücum üçün istifadə etməməlidir. ABŞ-ın Çinin daxili işlərinə müdaxilə faktlarını ört-basdır etməyə çalışmamalıdır”.
Qeyd edək ki, bir müddətdir Honkonqda etiraz aksiyaları keçirilir. Amerikalı diplomatlar bu günlərdə etirazçılarla görüşüblər.
Məlumatı “Sinxua” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

10 2019 19:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Sentyabr 2019 | 23:32
Şəhidlərin xatirəsinə ehtiram

Köhnə versiyamızdan xəbərləri izlə