Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İstirahət günlərində gözlənilən hava şəraiti

İstirahət günlərində gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Böyük və Kiçik Qafqazda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli  intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi avqustun 12-də şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu dağətəyi rayonlarda 30-35,  dağlıq rayonlarda  20-25 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin avqustun 11-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şimal-şərq küləyi 11-də arabir güclənəcək. Havanın maksimal temperaturu 30-34° isti təşkil edəcək.

Aran rayonlarında fasilələrlə yağış yağacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da  əsasən axşam saatlarında yağış yağacaq. Havanın maksimal temperaturu 29-34 dərəcə isti təşkil edəcək. 

Bakıda və Abşeron yarımadasında  avqystun 11-də  gündüz saatlarından arabir güclənən şimal-qərb küləyinin  avqustun 12-də daha da güclü olacağı gözlənilir. Havanın maksimal temperaturu 23-27 dərəcə isti təşkil edəcək.

 

10 2019 16:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə