Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avqustun 11-də gözlənilən hava şəraiti haqqında məlumat

Avqustun 11-də  gözlənilən hava şəraiti haqqında  məlumat

Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir.

Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi axşam bir qədər mülayimləşəcək.

Havanın temperaturu  gecə 20-23° isti, gündüz 25-28° isti,

Bakıda gecə 21-23° isti, gündüz  25-27°  isti  təşkil edəcək.

Atmosfer  təzyiqi 753 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 60-70%  olacaq.  

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti

Güclü şimal-qərb küləyi əsəcək.Dəniz suyunun temperaturu: 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək. 

 

Tibbi-meteoroloji proqnoz

Avqustun 11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

 

Azərbaycanın rayonlarında

Əksər rayonlarda əsasən yağmursuz. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda  yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz  30-35° isti, dağlarda gecə 10-15° isti,  gündüz  16-21°  isti təşkil edəcək.

 

 

 

10 2019 16:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə