Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qasırğa Fransanı cənginə alıb

Qasırğa Fransanı cənginə alıb

Fransada əlverişsiz hava şəraiti hökm sürür. Ölkədə güclü , intensiv və aramsız  yağış yağır. Küləyin sürəti saniyədə 25 metrə çatır. Tornado həyatı iflic edib.

Fransanın Bretan və Cənubi Pireneya regionunda külək onlarla yaşayış evinin damını uçurub. Ağacları və elektrik dirəklərini aşırıb. 15 mindən çox ev işıqsız qalıb.

Luksemburqda  tornado nəticəsində 19 nəfər xəsarət alıb. Luksemburqla sərhəddə yerləşən Fransanın Mert və Mozel departamentində küləyin sürəti saniyədə 42 metrə çatır. Fransada xəsarət alan olmasa da, onlarla evə ciddi ziyan dəyib.Luksemburq və Belçikada da onlarla yaşayış evinə ciddi ziyan dəyib.

TASS-ın məlumatına görə, Fransanın cənubunda aramsız yağışlar nəticəsində daşqın baş verib. Tuluza şəhərinin infrastrukturuna ciddi ziyan dəyib.

 

            Qəzənfər  QASIMOV,
          “Xalq  qəzeti”  

10 2019 16:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə