Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mayk Pompeo: ABŞ və Türkiyə Suriya üzrə danışıqlarda irəliləyişə nail olublar

Mayk Pompeo: ABŞ və Türkiyə Suriya üzrə danışıqlarda irəliləyişə nail olublar

Türkiyə və ABŞ Ankarada keçirilən danışıqlar zamanı Suriyanın şimal-şərqində təhlükəsizliyin təmin edilməsi üzrə davamlı mexanizmin yaradılması istiqamətində əhəmiyyətli irəliləyişə nail olublar.

ABŞ-ın dövlət katibi Mayk Pompeo öz "Twitter" səhifəsində bildirib: "Şadam ki, ABŞ və Türkiyə arasında keçirilən danışıqlar Suriyanın şimal-şərqində təhlükəsizliyin təmin edilməsi ilə bağlı problemlərin həlli üzrə davamlı mexanizmin yaradılması istiqamətində əhəmiyyətli irəliləyişə nail olublar. Təhlükəsizlik zonalarının yaradılması sülh və təhlükəsizliyə nail olmaq yolunda böyük bir addım olardı".

Xatırladaq ki, ötən gün ABŞ hərbçilərindən ibarət nümayəndə heyəti Suriyada təhlükəsizlik zonalarının yaradılmasını müzakirə etmək üçün Türkiyəyə səfərə gediblər.

Anadolu agentliyinin yaydığı xəbərdə bildirilir ki, Suriyanın şimalında Fərat çayının şərqində yaradılacaq təhlükəsizlik zonasının eni 30-40 kilometrə bərabər olacaq. Bu zonaya Türkiyə və ABŞ əlaqəli nəzarət edəcəklər. Kürd birləşmələri ağır silahları təhvil verərək zonanı tərk etməlidirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı deyib: “Üçgünlük danışıqlar pozitiv məcrada keçdi. Danışıqlar davam etdiriləcək, lakin artıq bir addım atılıb. ABŞ-la birlikdə əlaqələndirmə mərkəzinin yaradılmasını qərara aldıq”.

 Türkiyə Prezidenti bildirib ki, Ankara  Fəratın şərqində silahlı kürd birləşmələrinə qarşı hərbi əməliyyatlara başlayacağına dair ABŞ və Rusiyanı xəbərdar etmişdir. RİA Novosti agentliyinin hərbi mənbələrə istinadən yaydığı xəbərdə deyilir ki, Türkiyənin avqustun 11-də hərbi əməliyyatlara başlayacağı gözlənilir.

 

    “Xalq qəzeti”

10 2019 12:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə