Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suriyada terrorçularla toqquşmalarda 10 hərbçi həlak olub

Suriyada terrorçularla toqquşmalarda 10 hərbçi həlak olub

Terrorçular Suriyanın Əbu-Dəli yaşayış məntəqəsini atəşə tutublar.

Bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.

Onun sözlərinə görə, terrorçuların yaşayış məntəqəsini atəşə tutması nəticəsində 1 dinc sakin həlak olub, 2-si isə yaralanıb: "Daha sonra terrorçular bu ərazidə yerləşən Suriya ordusunun mövqelərinə hücum ediblər. Hökumət qoşunları hücumun qarşısını ala bilib".

Terrorçularla toqquşma zamanı 10 hərbçi həlak olub, 21 nəfər isə yaralanıb.

A.Bakin qeyd edib ki, qaçqın düşmüş əhali artıq öz yerlərinə qayıdır. Mərkəz dəniz və hava yolları da daxil olmaqla keçid məntəqələrinin fəaliyətini təmin edir.

                                                                 

  “Xalq qəzeti”

10 2019 12:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə