Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İmkansız abituriyentlər üçün pulsuz hazırlıq kursları

İmkansız abituriyentlər üçün pulsuz hazırlıq kursları

Azərbaycanda imkansız abituriyentlər üçün pulsuz hazırlıq kursları yaradılıb. Yeni sosial layihə inşaat materialları istehsalı üzrə Azərbaycanın aparıcı şirkətlərindən biri olan, "FORTİS GROUP” MMC tərəfindən reallaşdırılıb.

Yeni təhsil mərkəzi – "FORTİS ACADEMY” sentyabrın 15-dən etibarən şirkətin ərazisində fəaliyyətə başlayacaq. Tamamilə sosial məqsədlərlə yaradılan bu mərkəzin bütün xərcləri şirkət tərəfindən qarşılanacaq. "FORTİS ACADEMY” təhsil mərkəzində şirkət əməkdaşlarının, eləcə də sosial təminatı zəif olan ailələrin övladları (9,10,11-ci sinif şagirdləri) üçün tam təmannasız və ödənişsiz abituriyent hazırlığı həyata keçiriləcək. Müasir texnologiya və innovativ tədris-metodik imkanları ilə yanaşı, təhsil ocağı abituriyentləri ödənişsiz dərs vəsaitləri və sınaq imtahanları ilə təmin edir. Bundan əlavə, tələbələrin kursa vaxtında və rahat gəlmələri üçün şirkət tərəfindən ödənişsiz fəaliyyət göstərən avtobuslar da ayrılıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

10 2019 11:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə