Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Ölsəm bağışla" filminin ulduzu 30 il sonra

1989-cu ildə lentə alınan "Ölsəm bağışla" filmində Xalq artisti Fəxrəddin Manafovla tərəf- müqabili olan Gülzar Qurbanova( Gülya) bu ekran işində yaratdığı rolu ilə populyarlıq qazanıb. O, məşhur rejissor Elxan Cəfərovla evlidir.

Qeyd edək ki, aktrisa bu yaxınlarda tanınmış dramaturq Mircəlal Paşayevin eyniadlı əsəri əsasında hazırlanmış "Nazik mətləb" filmində tamamilə başqa bir obrazda qarşımıza çıxacaq. Ekran əsərində onun tərəf müqabili model Rüstəm Cəbrayılovdur. Film astronomiya müəlliminin öz şagirdinə aşiq olmasından və onların nakam məhəbbət hekayəsindən danışır. Maraqlıdır ki, 49 yaşı olsa da, gənclik cazibəsini itirməyən kino ulduzu burada 22 yaşlı gənc qızı ifa edir.

Aktirisa  ad günü ilə bağlı  müsahibəsində deyib: "Əlimdən gələn qədər açıq, düzgün, səmimi olmağa cəhd edəcəm. O dünyanı fikirləşərək əməllərimi saf-çürük edəcəyəm. Yunus İmrə demişkən "Bir mən vardır, məndən içəri". Həmin məndən içərimdəki mənə yaxınlaşıb, onunla qovuşmağa cəhd edəcəyəm. Və...sonra da əldə etdiyim bütün uğurlara, uğursuzluqlara, sınaqlara, qazandıqlarıma, itirdiklərimə, sevincimə, kədərimə, hər açılan səhərimə, yaşadığım bu həyat üçün Allahıma şükürlər edəcəyəm.”

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

10 2019 11:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə