Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hindistanla ikitərəfli əlaqələrə münasibətdə Pakistanın birtərəfli qərarı

Hindistanla ikitərəfli əlaqələrə münasibətdə Pakistanın birtərəfli qərarı

1. Pakistanın Hindistanla ikitərəfli əlaqələrinə münasibətdə müəyyən birtərəfli addımlar atmaq qərarına gəldiyinə dair məlumatları gördük. Buna diplomatik əlaqələrimizin pozulması da daxildir. Aydın məsələdir ki, bu addımların arxasındakı məqsəd dünyaya ikitərəfli əlaqələrimiz barədə təşviş yaradan görüntü verməkdir. Pakistanın istinad etdiyi səbəbləri mövcüd faktlar təsdiqləmir.

 2. Hindistan Höküməti və Parlamentinin son qərarları daha əvvəl Konstitusiyada mövcüd olan müvəqqəti şərtlə məhdudlaşdırılan Cammu və Kəşmirin inkişaf imkanlarının genişləndirilməsi öhdəliyindən irəli gəlir. Onun təsiri həmçinin, gender və sosial-iqtisadi ayrı-seçkiliyin aradan qaldırılması ilə nəticələnəcək. Həmçinin, bu addımın Cammu və Kəşmirdə iqtisadi fəaliyyətin yüksəlməsi və bütün əhalinin yaşayış imkanlarının yaxşılaşması ilə nəticələnəcəyi gözlənilir.

3. Öz sərhəd terrorizminə bəraət qazandırmaq üçün narazılıqlardan istifadə edən Pakistanın Cammu və Kəşmirdə hər hansı narazılığı aradan qaldıracaq belə inkişaf təşəbbüslərini mənfi qəbul etməsi təəccüblü deyil.

4. 370-ci Maddəyə aid son hadisələr tamamilə Hindistanın daxili məsələsidir. Konstitusiya həmişə Hindistanın suveren hüququna aid olmuşdur, aiddir və olmaqda davam edəcəkdir. Bölgədə təşvişə səbəb olan görüntü yaradaraq bu hüquqa müdaxilə etmək heç vaxt uğurlu olmayacaqdır.

5. Hindistan Höküməti dünən Pakistan tərəfindən elan edilən qərara görə təəssüf hissi keçirir və diplomatik əlaqələrin saxlanılması üçün Pakistanı öz qərarını yenidən nəzərdən keçirməyə çağırır..

 
Nyu Delhi

8 avqust, 2019

Hindistanın Azərbaycandakı  Səfirliyi

10 2019 11:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə