Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə:şəhərin rəhbəri qurban bayramını uşaq evində qeyd etdi

Gəncə:şəhərin rəhbəri qurban bayramını uşaq evində qeyd etdi

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Gəncə Uşaq Evində Qurban bayramı münasibətilə şənlik təşkil olunub. Bayram süfrəsi açılan tədbirdə iştirak edən  şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov deyib ki, uşaqlar cəmiyyətin sabahıdır. Onların qayğısız böyüməsi, düzgün təlim-tərbiyə olunaraq, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması olduqca vacibdir.

         Şəhər rəhbəri daha sonra qeyd edib ki, bu gün uşaq və yeniyetmələrə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahə ölkə rəhbəri, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim nəzarətindədir. 

          Uşaqları Qurban bayramı münasibətilə təbrik edən Niyazi Bayramov onlara xoşbəxt həyat arzulayıb.  

         Gəncə Uşaq Evinin direktoru Nazilə İsmayılova bildirib ki, uşaqların əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi üçün hər cür şərait yaradılıb. Uşaqlar dövlətin qayğısı ilə əhatə olunublar. Nazirlə İsmayılova göstərilən diqqətə görə Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə öz minnətdarlığını bildirib.

         Bayram şənliyində Gəncə Uşaq Evinin sakinləri öz istedad və bacarıqlarını nümayiş etdiriblər. Onların ifasdında müxtəlif rəqs nömrələri, şeir və musiqi parçaları təqdim olunub.

         Gəncə Dövlət Kukla Teatrının təqdim etdiyi nağıl personajlarının iştirakı isə şənliyə əlavə rəng qatıb.

 

         Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

10 2019 10:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə