Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnvestisiya qiymətli kağızların emitenti olan Teymur Əhmədov adına “AzNar” Qapalı Səhmdar Cəmiyyətinin 2018-ci il üzrə İLLİK HESABATI

İnvestisiya qiymətli kağızların emitenti olan Teymur Əhmədov adına “AzNar” Qapalı Səhmdar Cəmiyyətinin  2018-ci il üzrə İLLİK HESABATI

 

 

1. Emitentin tam və qısaldılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), dövlət qeydiyyatının tarixi və nömrəsi-

Teymur Əhmədov adına “AZNAR” Qapalı Səhmdar Cəmiyyəti.

Qısaldılmış adı: “AZNAR” QSC

Qeydiyyata alındığı tarix- 9 oktyabr  2006-cı il, VÖEN-6000083631.

2. Emitentin hüquqi ünvanı və olduğu yer-

AZ 2300, Azərbaycan, Göyçay şəhəri, Natəvan küçəsi   120.

3. Emitentin adında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları, habelə onların qeydiyyata alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı, emitent hüquqi şəxslərin birləşməsi və ya çevrilmə şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları-

Hesabat ili ərzində emitentin adında və təşkilati-hüquqi formasında dəyişikliklər baş verməmişdir.

4. Emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adları, olduqları yer və qeydiyyatları haqqında məlumatlar-

Emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəlikləri  mövcud deyildir.

5. Emitentin hesabat dövrü ərzində yaranmış və ya ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, hüquqi şəxsin emitentin törəmə cəmiyyət hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti-

Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 1997-ci il dekabrın 24-  də D-2354 nömrə ilə dövlət qeydiyyatına alınmış, dövlət qeydiyyat nömrəsi (VÖEN) 6000162701 olan “Az-Nar” QSC ləğv prosesindədir. Ləğv prosesində olan “Az-Nar” QSC-nin səhmlərinin 99.6716% hissəsi (1617155 səhm) emitentə məxsus idi.

6. Emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun (emitent daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan qrupdur) -

Emitent şirkətlər qrupunun hissəsi deyil.

7. Emitentin məşğul olduğu fəaliyyət istiqamətləri-

Meyvə, giləmeyvə, tərəvəz və digər mədəni və yabanı bitki məhsulları şirələrinin istehsalı, tədarükü, emalı, saxlanılması və satışı.

8. Emitent lisenziya və ya icazəyə malik olduqda, onlar üzrə fəaliyyət növləri və qüvvədə olma müddətləri-

Emitent lasenziya tələb olunan fəaliyyət növü ilə məşğul olmur. Lisenziyalar mövcud deyildir.

9. Emitentin təklif etdiyi məhsullar və xidmətlər-

“Grante” ticarət nişanı  ilə  istehsal olunan meyvə və giləmeyvə şirələri, kampotlar və narşərab.

10. Emitentin işçilərinin sayı və onun rüblük dinamikası-

Hesabat ili ərzində emitentin işçilərinin sayi  orta hesabla 138 nəfər olmuşdur. O cümlədən:

1-ci rüb – 134 nəfər

2-ci rüb – 108 nəfər

3-cü rüb – 118 nəfər

4-cü rüb – 193 nəfər

11. Emitentin idarəetmə orqanları haqqında məlumat- direktorlar şurası (müşahidə şurası) (olduqda), icra orqanı, audit komitəsi (olduqda), onların üzvlərinin adları, soyadı, atasının adı-

Hesabat ili ərzində emitentin direktorlar şurası aşağıdakı tərkibdə olmuşdur-

1.Əhmədov Teymur Fərhad oğlu – sədr

2. Əhmədov Edqar Fərhad oğlu – üzv

3. Əhmədov Seymur Ramiz oğlu – üzv

Emitentin təkbaşına icra orqanınn rəhbəri

Əhmədov Teymur Fərəc oğlu – baş direktor.

12. Emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının ayrı-ayrılıqda sayı-

İyirmi altı fiziki şəxs, bir yerli hüquqi şəxs

13. Emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərinə (paylara) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-  ayrılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı-

1. Əhmədov Fərhad Teymur oğlu, 99,95323%, 14995292 ədəd adi adlı sənədsiz səhm, 29.990.584 manat;

Digər şəxslərin səhmləri beş faizdən azdır.

 

14. Nizamnamə kapitalında emitentin payı beş faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı)-

1. “Kənd” MMC

Hüquqi ünvan- AZ2300, Göyçay şəhəri, Natəvan küçəsi 118.

VÖEN- 6000827271.

NK-da emitentin payı- 100%.

2. “AzNarAqro” MMC

Hüquqi ünvan- AZ2300, Göyçay şəhəri, Natəvan küçəsi118.

VÖEN-6000827141.

NK-da emitentin payı-100%.

15. Emitentin səhmdarlarının (payçılarının) hesabat dövrü ərzində keçirilmiş yığıncaqları barədə məlumat-

Hesabat dövrü ərzində 2018-ci il aprelin 7-si  və  2018-ci il iyulun 6-da   səhmdarların ümumi yığıncaqları keçirilmişdir.

15.1.1. Yığıncağın keçirilmə tarixi və yeri (ünvan)-

 2018-ci il aprelin 7- də, Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda Teymur Əhmədov adına “AzNar” QSC-nin inzibati binasında.

15.1.2. Ümumi yığıncaqda qəbul edilmiş qərarlar barədə məlumat-

1. Teymur Əhmədov adına “AZNAR” QSC-nin 2018-ci il üçün illik  maliyyə hesabatı təsdiq edilmişdir.

Cəmiyyətin icra orqanına qanunla müəyyən edilmiş qaydada kütləvi informasiya vasitəsilə cəmiyyətin illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün dərc etdirməyi, o cümlədən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına müvafiq illik hesabatın və məlumatın verilməsi həvalə edilmişdir.

2. Cəmiyyətin nizamnaməsi yeni (altıncı) redaksiyada təsdiq edildi və nizamnamənin yeni (altıncı) redaksiyada qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınması cəmiyyətin icra orqanına tapşırıldı.

3. Cəmiyyətin  direktorlar   şurası haqqında   əsasnamə təsdiq edildi. Fərhad Teymur oğlu Əhmədov direktorlar şurasının sədri vəzifəsinə, Edqar Fərhad oğlu Əhmədov, Seymur Ramiz oğlu Əhmədov direktor şurasının üzvlüyünə seçildilər.

15.2.1. Yığıncağın keçirilmə tarixi və yeri (ünvan)-

2018-ci il  iyulun 6-da  Göyçay şəhəri, Natəvan küçəsi  120  nömrəli  ünvanda  Teymur Əhmədov adına “AzNar” QSC-nin inzibati binasında.

15.2.2. Ümumi yığıncaqda qəbul edilmiş qərarlar barədə məlumat-

Teymur Əhmədov adına “AzNar” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 2018-ci ilin nəticələrinə görə 19.795 (on doqquz min yeddi yüz doxsan beş) manat məbləğdə dividend elan edilsin. Teymur Əhmədov adına “AzNar” QSC-nin səhmdarlarının mülkiyyətində olan səhmlərin sayını nəzərə alaraq dividendlərin verilməsi aşağıdakı qaydada həyata keçirilməklə, elan edilmiş 19.795 (on doqquz min yeddi yüz doxsan beş) manat məbləğdə dividend 25 minoritar səhmdar arasında hər səhmdara 200 (iki yüz) manat sabit dividend məbləği şəklində, qalan 14.795 (on dörd min yeddi yüz doxsan beş) manat 25 ədəd minoritar səhmdarın mülkiyyətində olan səhmlərin faiz nisbətinə mütənasib qaydada bölüşdürülsün.

16. Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızların hər buraxılışı və əlavə buraxılışı üzrə ayrı-ayrılıqda göstərilir)-

Teymur Əhmədov adına “AzNar” QSC-nin dövriyyədə olan qiymətli kağızların (səhm) buraxılışı 2014-cü il mayın 13- də QKDQ tərəfindən qeydiyyata alınmışdır. Dövlət qeydiyyat nömrəsi- AZ1001007280. Hesabat ili ərzində əlavə buraxılışlar aparılmamışdır.

16.1. İnvestisiya qiymətli kağızın növü və forması-

Adi ,adlı, sənədsiz səhm.

16.2. İnvestisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi-

AZ1001007280, 2014-cü il mayın 13-də

16.3. İnvestisiya qiymətli kağızların miqdarı və nominal dəyəri-

Ümumi miqdarı- 15002308

Nominal dəyəri- 2.00 manat

16.4. İnvestisiya qiymətli kağızlar buraxılışının məcmu nominal dəyəri-

Məcmu nominal dəyəri- 30004616 manat

16.5. Hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir)-

Hesabat ili ərzində 19.795 (on doqquz min yeddi  yüz doxsan beş) manat məbləğdə dividend 25 minoritar səhmdar arasında hər səhmdara 200 (iki yüz) manat sabit dividend məbləği şəklində, qalan 14.795 (on dörd min yeddi  yüz doxsan beş) manat 25 ədəd minoritar səhmdarın mülkiyyətində olan səhmlərin faiz nisbətinə mütənasib qaydada dividend kimi ödənilmişdir.

16.6. Faizli istiqrazlar buraxılışı haqqında məlumatda- istiqrazlar üzrə gəlirliyin illik faiz dərəcəsi-

Faizli istiqrazlar buraxılışı həyata keçirilməmişdir.

16.7. İnvestisiya qiymətli kağızların yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer (olduqda)-

Hesabat ili ərzində emitent tərəfindən investisiya qiymətli kağız emissiya edilməyib və  dövriyyədə yoxdur.

17. Emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar-

17.1. Əqdin məbləği-

17.2. Hesabat tarixinə əqdin ödənilməmiş hissəsi.

Hesabat ili ərzində emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər mövcud deyildir.

18. Emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanılmış əqdlər barədə məlumatlar-

18.1. Bağlanılmış əqdin mahiyyəti, tarixi və məbləği

18.2. Aidiyyəti şəxs barədə məlumat və emitentlə aidiyyət əlaqəsi.

Hesabat ili ərzində emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanmış əqdlər mövcud deyildir.

19. İllik hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi-

4 iyun 2019-cu il

20. İllik hesabatın açıqlanma mənbəyi haqqında məlumat-

“Xalq Qəzeti”

 

 

 

                                                                

 

 

10 2019 01:59 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Sentyabr 2019 | 10:29
Bildiriş
21 Sentyabr 2019 | 10:28
B i l d i r i ş
21 Sentyabr 2019 | 10:27
B İ L D İ R İ Ş
21 Sentyabr 2019 | 10:27
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə