Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ali məktəbləri və Avropa Birliyi ölkələrinin universitetlərinin təqdim etdiyi layihə milli layihə statusunda qalib olub

Azərbaycan ali məktəbləri və Avropa Birliyi ölkələrinin universitetlərinin təqdim etdiyi layihə milli layihə statusunda qalib olub

Bu günlərdə Avropa Birliyinin Erazmus+Ali təhsil-beynəlxalq potensialın əlaqələndirilməsi mərkəzinə təqdim edilən beynəlxalq qrant layihələrinin nəticələri elan olunmuşdur. Müsabiqəyə Avropanın qabaqcıl ali təhsil müəssisələri və digər inkişaf etməkdə olan ölkələrin qabaqcıl təhsil və digər sturkturlarından 840- dan artıq qrant layihəsi təqdim edilmişdir və bunlardan 163 layihə qalib olmuşdur. Sevindirici hal odur ki, Azərbaycan alimlərinin AB ölkələri alimləri ilə birgə təqdim etdikləri bu layihə Milli layihə statusunda qalib elan edilib.

 Milli layihələr adətən layihədə təmsil olunan inkişaf etməkdə olan ölkələrin prioritet istiqaməti üzrə verilir. “Azərbaycanda Ekoloji xarakterli Fövqəladə hallar üzrə 3-cü dövr yeni magistratura səviyyəsini dəstəkləyən İnnovativ Təlim Mərkəzi, / İTACA” adlı qrant layihəsi İtaliyanın La Sapienza universitetinin kordinatorluğu ilə həyata keçiriləcəkdir. Layihənin AB tərəfdən rəhbəri İtaliyalı prof. Luca DiPalmadır. Layihənin yerinə yetirilməsində Danimarkanın Aalotg Universiteti, İspaniyanın Granada universiteti, Yunanıstanın Patras universiteti, Almaniyanın Argus Umweltbiotechnologie GmbH  şirkəti iştirak edəcəkdir. Azərbaycandan layihəyə rəhbərli Bakı Dövlət Universiteti edəcək və kordinator qismində və prof. Məhəmmədəli Ramazanov rəhbər lik edəcək. Azərbaycan tərəfdən iştirak edən digər ali məktəblər- Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azecolab şirkəti, Sukanal Elmi Tədqiqat və Layihə İnstitutu iştirak edəcəkdir. Layihənin ümumi büdcəsi 956987,00 avrodur.

Layihə Xəzər dənizinin neft çıxarılan regionlarında durğun suların toplandığı və reabilatasiyası ilə məşğul olan yeni nəsil  3-cü dərəcə xüsusi ixtisaslaşmış magistr kadrlarının hazırlanması, təhsilinin təşkilinə həsr edilib. Eyni zamanda bu sahədə analiz aparan və cirkabların təmizlənməsi texnologiyası ilə məşğul olan yeni treyning mərkəzinin yaradılması nəzərdə tutulur və tədqiqatçı, sənaye səviyyəli postmagistrlərinin hazırlanması ilə məşğul olan Avropa şəbəkəsi standartlarına uyğun kadrları hazırlanması məsələrinə həsr edilir.

Layihənin yerinə yetirilməsi üçün müasir  texnologiyalara əsaslanan yeni ekoloji  tədris mərkəzinin maddi texniki bazasının formalaşmasına  270000,0 avro vəsait ayrılması, postmagistrlərin müxtəlif Avropa mərkəzlərində xüsusi nəzəri və praktik biliklərin alması üçün 150000 avro ayrılması nəzərdə tutulub.   Layihə Azərbaycan üçün prioritet sahə olan neft və qaz hasilatı zamanı yaranan ekoloji problemlərin həlli ilə məşğul olacaq üçüncü pillə magistr kurslarının yaradılmasına həsr ediləcək.  3-cü pillə magistr kurslarının hazırlanması bazarın tələblərinə uyğun məzunların hazırlanmasına həsr ediləcək və bu  texnologiya hələlik Azərbaycan təhsil sistemində qəbul edilməyib. Ona görə də hazırlanan  3-cü pillə magistr təhsili ölkədə bu tip kursların dəyərləndirilməsi üçün unikal imkanlar yaradacaq. Bu proses Avropa Birliyinin bu istiqamətdə sənayesinin daha yaxşı imkanlarını nəzərə alacaq və Azərbaycan və Avropa universitetlərinin ən effektif imkanlarına əsaslanan əlaqələri hecabına həyata keçiriləcək. 3 illik layihədə əsasən 3-cü pillə magistr kurslarının yerli universitetlərin və sənayenin ekspertlərinin iştirakı ilə işlənməsi və tədbiqi, layihədə iştirak edən universitetlərin birində yeni tədris mərkəzinin yaradılması, mərkəzdə neft qaz sənayesində yeni texnologiyaların  işlənməsinin və öyrədilməsinin təşkili,  Azərbaycan və AB universitetlərinin tədqiqatçılarının hazırlanması, tərəfdaşlardan Azərbaycan universitetləri üçün təcrübi qurğuların və avadanlıqların alınması, AB və Azərbaycan ekspertləri ilə pilot qurğularında işləmək üçün seminarlar və treyninqlər təşkili ediləcək. 

 

Tahir AYDINOĞLU,
          “Xalq qəzeti”

9 2019 14:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
12 Oktyabr 2019 | 15:56
Həftəsonu neftin qiyməti
12 Oktyabr 2019 | 15:54
Yaponiyada kütləvi evakuasiya
12 Oktyabr 2019 | 15:51
Qırmızı yağış

Köhnə versiyamızdan xəbərləri izlə