Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 345 Bakı şəhəri, 7 avqust 2019-cu il
 
“Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi və “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 fevral tarixli 68 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında
“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi və “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 fevral tarixli 68 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 364) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissəsində “1 və 2 nömrəli əlavələrinə” sözləri “əlavəsinə” sözü ilə əvəz edilsin;
1.2. həmin Qərara 1 nömrəli əlavə - “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli” yeni redaksiyada verilsin (əlavə olunur).
2. Bu Qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust

tarixli 345 nömrəli Qərarına

 

                                                         Əlavə

 

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə

çalışan işçilərin əməyinin ödənilməsinin

 

Vahid Tarif Cədvəli

 

 

Əməyin ödənilməsi dərəcələri

 

Aylıq tarif (vəzifə) maaşı

(manatla)

1

250

2

260

3

271

4

282

5

294

6

306

7

319

8

332

9

346

10

360

11

375

12

390

13

406

14

423

15

440

16

457

17

529

18

666

19

906

 

 

         Aparatın rəhbəri vəzifəsini icra edən Natiq Məmmədov                                                       

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə