Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası palatanın əməkdaşları üçün fərdi və qrup şəklində təlimlərin keçirilməsi xidmətinin satın alınması ilə bağlı kotirovka sorğusu elan edir

Təlim xidmətlərinin göstərilməsinin ümumi müddəti 6 (altı) ay olmaqla kotirovka sorğusuna aid şərtlər toplusunda göstərilən cədvələ uyğun Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları üçün yerinə yetirilməsi nəzərdə tutulmuşdur.Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyən şəxslər Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Bülbül prospekti 27 nömrəli ünvandan – Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasından əldə edə bilərlər (əlaqələndirici şəxs- Ələmqulu Quliyev; [email protected] telefon- (+99412) 493-50-58/346; Faks- +99412 498-12-14). İddiaçılar imzalanıb möhürlənmiş kotirovka təkliflərini ikiqat zərfə qoymaqla (əlavə olaraq qiymət cədvəli və şərtlər toplusunda göstərilən sənədlər) 20 avqust 2019-cu il saat 17.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. 
Tender proseduru Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasının 3-cü mərtəbəsində 21 avqust 2019-cu il saat 11.00-da keçiriləcəkdir. Kotirovka sorğusunda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun bütün meyarlara cavab verən iştirakçılardan ən aşağı qiymət təqdim etmiş malgöndərən qalib hesab olunacaqdır. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. 

9 2019 10:48 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Mart 2020 | 00:55
MƏTANƏT A
20 Mart 2020 | 00:55
Kapital Bank
20 Mart 2020 | 00:51
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə