Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidməti aşağıdakı işlərin görülməsinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidməti  aşağıdakı işlərin görülməsinin satın alınması üçün  AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. Maşın - mexanizmlərin və elektromobillərin ehtiyat hissələrinin satın alınması.
Tələb olunan ehtiyat hissələri müqavilə imzalandığı gündən 2019-cu il dekabrın 31-dək təhvil verilməlidir.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
 Tenderdə iştirak etmək istəyənlər 150 (bir yüz əlli) manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi 6 nömrəli (əlaqələndirici şəxs: Mahir Əhmədovdan, telefon- (012) 492-24-27) ünvandan ala bilərlər. [email protected]
VÖEN- 1700774621
Hh- AZ03AIIB33050019443600287106
Bank- “ Kapital Bank” ASC-nin İçərişəhər filialı
Kod-200060 
VÖEN (bank)- 9900003611
M/h- AZ37NABZ 01350100000000001944 
S.W.I.F.T. AİİBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; 
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; 
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; 
- digər sənədlər- analoji işlərin yerinə yetirilməsinə dair iddiaçının potensial imkanları haqqında məlumat və Dövlət Sosial Müdafiə Fonduna borcun olub- olmamasına dair arayış.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 16 avqust 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28 avqust 2019-cu il saat 17.00-a qədər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi 6 nömrəli ünvana təqdim etməlidirlər. 
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 30 avqust 2019-cu il saat 10.00-da Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi 6 nömrəli ünvanda açılacaqdır.

 

Tender komissiyası

9 2019 10:48 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
26 Fevral 2020 | 02:29
MƏTANƏT A
26 Fevral 2020 | 02:28
KAPİTAL BANK
26 Fevral 2020 | 02:24
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə