Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Mirzayev and partners legal firm” hüquq şirkəti fəaliyyətini genişləndirir

“Mirzayev and Partners Legal Firm” hüquq şirkəti müxtəlif sahələr üzrə geniş təcrübəyə  malik müştərilərə kefiyyətli xidmət göstərən təcrübəli, bacarıqlı və ixtisaslı müstəqil vəkillər və hüquqşünaslar komandasıdır. Azərbaycan Respublikasının, eləcə də xarici ölkələrin aparıcı hüquq şirkətlərində, dövlət qurumlarda uzun illər çalışmış, hüququn ayrı-ayrı sahələri üzrə ixtisaslaşmış, müxtəlif beynəlxalq təlimlərdə təcrübə toplamış komanda olaraq kefiyyətli hüquqi yardımın və müştəri məmnuniyyətinin təmin edilməsi üçün bütün bilik və bacarıqlarından layiqincə istifadə edir və istənilən nəticənin dövlətin qanunvericiliyinə uygun olaraq əldə edilməsi üçün böyük səylə çalışırlar. "Mirzayev and Partners Legal Firm" hüquq şirkətinin əməkdaşları hüquqi xidmətləri müştərilərə təqdim etməklə onların mənafeyinin hüquqi zəmində qorunmasını  tam olaraq öz üzərinə götürür və bu istiqamətdə böyük təşəbbüs gösərirlər.

 Şirkətin qurucusu Şaiq Mirzəyev -Bakı Dövlət Universitetinin məzunu, 20 illik təcrübəyə malik Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Londonda Direktorlar İnstitutun üzvü,  hüquq elmləri üzrə fəlsəfə doktorudur.Bu sahədə ugurlara öz imzasını atmış,bacarıgı və  böyük iş təcrübəsi ilə önəmli addımların atılmasına nail olmuşdur.

 “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin əsas missiyası bilik və məsuliyyətə arxalanaraq ədalətin bərqərar olunmasıdır. Şirkət müxtəlif xidmət sahələrini daim genişləndirir.Hüquqşünaslar yüksək peşəkarlığı ilə tanınır vəhüquqi problemlərin  peşəkar, effektiv və operativ həlli, hüquqların və mənafələrin qorunması, hər bir müştəriyə fərdi tərəfdaş kimi yanaşmaq, yüksək professionallıq, məlumatların konfidensiallığının qorunması və etik standartlara əməl etmək və.s bu kimi prinsiplərə əsaslanmaqla əsas məqsədə nail olmaq yolunda böyük təşəbbüsçü kimi çıxış edir. Hüquq şirkəti nəinki yerli, eyni zamanda xarici müştərilərlə əməkdaşlıq edərək və böyük platformalarda çıxış edərək hüquqi xidmətlərin göstərilməsi sahəsində daim inkişaf yolunda irəliləyir. “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin əməkdaşları qanunvericilikdə baş vermiş yenilikləri və dəyişiklikləri daim diqqətlə izləyir, günün tələblərinə uyğun olaraq, şirkətin təklif edilən xidmətlər spektrini həmişə genişləndirirlər.

“Mirzayev and Partners Legal Firm” hüquq şirkəti dövlətin müəyyənləşdirdiyi və dövlət tərəfindən qorunan hüquqi xidmətlərin göstərilməsi istiqamətində malik olduğu yüksək təcrübə ilə müştərilərin etibarlı bələdçisi olmaqlaonların hüquq və mənafələrininhər zaman və hər yerdə təmin olunması və qorunmasını hədəfləməkdədir. 

 

Afət Sadıqoğlu,
“Xalq qəzeti”

8 2019 16:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə