Ən son xəbərlər
Əfqanıstanın paytaxtı Kabildə polis məntəqəsinin qarşısında güclü partlayış olub. “Aljazeera” telekanalının məlumatına görə, partlayış nəticəsində 95 nəfər xəsarət alıb ki, onların da əksəriyyəti dinc sakinlər və mülki vətəndaşlardır.
Əfqanıstan Daxili İşlər Nazirliyindən bildiriblər ki, polis məntəqəsinin nəzarət-buraxılış postunun qarşısında avtomobil dayanıb və partlayış baş verib.
Terror aktına cavabdehliyi “Taliban” terror təşkilatı öz üzərinə götürüb.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə