Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Polşa ordusu “MiQ-29”-dan imtina edir

“Dziennik Gazeta Prawna” qəzetinin yaydığı məlumata görə, Polşa ordusu bundan sonra “MiQ-29” qırıcılarının istifadəsindən imtina edəcək. Qəzet yazır ki, Polşa Silahlı Qüvvələrində 30 ədəd sovet “MiQ-29” qırıcısı, 48 ədəd ABŞ “F-16”  və 32 ədəd sovet “Su-22” təyyarəsi var.
Mənbə qeyd edir ki, “MiQ-29” qırıcılarının uçuşları 4 mart 2019-cu ildə bu təyyarələrdən birinin qəzaya uğramasından sonra dayandırılıb. Həmin vaxt pilot xilas olmağa müvəffəq olub. Ancaq keçən ilin payızında baş verən digər qəzada pilot həlak olub.
“Real ssenari gerçəkləşir. Beş aydır uçuşları qadağan olunan “MiQ-29” döyüş təyyarələri daha Polşa ordusunda xidmətə qayıtmayacaqlar”, – deyə məqalədə qeyd olunub. Nəşrin mütəxəssisləri Polşa Hərbi Hava Qüvvələrinin “MiQ-29”-dan imtina etmə ehtimalını 90 faiz səviyyəsində qiymətləndiriblər.
Qəzet yazır ki, “MiQ-29”-u əvəz etmək üçün Polşa ABŞ-ın “F-35” qırıcı təyyarələrini almaq niyyətindədir və bu istiqamətdə ABŞ-la fəal danışıqlar aparır. Buna baxmayaraq döyüş təyyarələrinin çatışmazlığı məsələsini tez bir zamanda həll etmək mümkün olmayacaq. “Vəziyyətdən sürətli çıxış yolu yoxdur, çünki yeni təyyarələr alsaq da, onların təhvil verilməsi ən azı bir neçə il çəkəcək. Daha sonra döyüş hazırlığına çatmaq üçün daha çox vaxt lazım olacaq”, – deyə nəşr qeyd edir.

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

7 2019 21:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə