Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hulusi AKAR: ABŞ ilə Suriya üzrə danışıqlar konstruktiv ruhda keçir

“Türkiyə Birləşmiş Ştatlar hökuməti ilə Suriya üzrə birgə addımlar atmaqda maraqlıdır. Əgər, bu, baş verməsə, o zaman Ankara özü regionda bütün lazımi addımları atacaq”. “Anadolu” agentliyi yazır ki, belə bir bəyanatla Türkiyənin milli müdafiə naziri Hulusi Akar çıxış edib. 
Nazirin sözlərinə görə, Türkiyə artıq Suriyada “Təhlükəsizlik zonaları” üzrə plan üzərində işi başa çatdırıb. Sənəddə Türkiyə ordusunun əraziyə daxil olması, yerləşdirilməsi və s. mühüm məsələlər yer alıb. H.Akarın sözlərinə görə, Türkiyə dəfələrlə bəyan edib ki, Amerika tərəfi ilə birlikdə hərəkət eməyə hazırdır. 
Türkiyə mətbuatı yazır ki, Ankarada Suriyada “Təhlükəsizlik zonaları”nın yaradılması ilə bağlı ABŞ-ın hərbi nümayəndə heyəti ilə danışıqlar davam edir. Danışıqların yaxın saatlarda başa çatdırılması gözlənilir. H.Akar qeyd edib ki, Amerika tərəfi Suriya məsələsində öz mövqeyini Ankaranın mövqeyinə yaxınlaşdırıb.  Nazir deyib: “Danışıqlar pozitiv və kifayət qədər konstruktiv ruhda keçir”.  
Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il avqustun 4-də ölkəsinin Suriyada yeni antiterror əməliyyatı keçirəcəyini bəyan edib. Dövlət başçısı xatırladıb ki, Türkiyə ordusu bundan əvvəl Suriyanın Afrin, Cerablüs və Əl-Bab yaşayış məntəqələrini terrorçulardan azad edib. Bu dəfə məqsəd  Fərat çayının şərq sahilini yaraqlılardan azad etməkdir. 

 

M.HACIXANLI, “Xalq qəzeti” 

7 2019 21:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə