Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-ın Rusiyadakı səfiri istefaya gedir

Birləşmiş Ştatların Rusiyadakı səfiri Con Hantsman istefaya gedir. Bildirilir ki, səfir istefa barədə məktubunda ona “ikitərəfli münasibətlərin tarixən mürəkkəb dövründə ABŞ Rusiyadakı səfiri kimi” etimad göstərilməsinə görə ölkə Prezidenti Donald Trampa təşəkkür edib.
Bildirilir ki, iki ilə yaxın səfir vəzifəsində çalışmış Hantsman bu vəzifəni 2019-cu il oktyabrın 3-də tərk edəcək. O, bundan əvvəl iki müddətə Yuta ştatının qubernatoru vəzifəsində xidmət edib. Hantsman 2004-cü ildə qubernator seçilib, 2008-ci ildə yenidən bu vəzifəyə seçilib, lakin 2009-cu ildə Barak Obama administrasiyası dövründə ABŞ-ın Çində səfiri təyin ediləndən sonra qubernator vəzifəsindən gedib. Hantsman 2011-ci ildə prezident seçkilərində iştirak etmək üçün səfir vəzifəsindən istefa verib, lakin kifayət qədər dəstək qazana bilməyib.
Hantsman yenidən qubernator kampaniyasına başlamağa və ya ABŞ-da dövlət vəzifəsi tutmaq üçün müraciət etməyə hazırlaşır.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

7 2019 21:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə