Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Su Quyularının İstismarı və Təmiri Xidməti Müəssisəsi suvarma sistemlərinə aid mal-material və avadanlıqların satın alınması məqsədilə Açıq Tender Elan Edir

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Su Quyularının  İstismarı və Təmiri Xidməti Müəssisəsi  suvarma sistemlərinə aid mal-material və avadanlıqların satın alınması məqsədilə Açıq Tender Elan Edir

Tender 1 (bir) lot üzrə keçirilir.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Su Quyularının İstismarı və Təmiri Xidməti Müəssisəsinin Bakı şəhəri, Bibiheybət yolu 4 nömrəli ünvanda yerləşən inzibati binasında (əlaqələndirici şəxs Ağəli Qasımovdan, telefon-077-308-00-08) ala bilərlər.
İştirak haqqı 500 manatdır.
Təşkilat- Su Quyularının İstismarı və Təmiri Xidməti Müəssisəsi
VÖEN-1700244511 
Bank- ABB Nərimanov filialı
Kod- 805540
VÖEN- 9900001881
M/h -AZ03NABZ01350100000000002944
S.W. İ. F. T: IBAZAZ2X
H/h- 38060019449779512206
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 10 sentyabr 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 17 sentyabr 2019-cu il saat 16.00-a qədər Su Quyularının İstismarı və Təmiri Xidməti Müəssisəsinin Bakı şəhəri, Bibiheybət yolu 4 nömrəli ünvanda inzibati binasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 17 sentyabr 2019-cu il saat 16.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

8 2019 01:02 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə