Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Altı ayda özəl sektorda 77 mindən çox yeni əmək müqaviləsi bağlanılıb

“Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəlmiş vergi islahatları sırasında iqtisadiyyatda əmək münasibətlərinin şəffaflaşması mühüm yer tutur.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, cari ildən etibarən qeyri-neft sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq maaşlarının 8 min manatadək olan hissəsinin 7 il müddətinə gəlir vergisindən azad edilməsi artıq mühüm fiskal nəticələr verməkdədir.

Güzəştin tətbiqi nəticəsində bu ilin yanvar-iyun aylarında qeyri-dövlət bölməsində 77 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb ki, bu da həmin dövr ərzində 101 mindən çox artmış əmək müqavilələri sayının 75 faizini təşkil edir.

2019-cu ilin yeddi ayının yekunu üzrə ölkədə cəmi əmək müqavilələrinin sayında ilin əvvəlindən 109 minə qədər, o cümlədən qeyri-dövlət bölməsində 84 minə qədər artım olub.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

7 2019 16:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə