Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Payın alğı-satqısından əldə olunan gəlirə görə vergi azadolmaları

Vergi Məcəlləsinin 102.1.27 və 106.1.19-cu maddələrinə əsasən, vergiödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi gəlir, həmçinin mənfəət vergisindən azaddır.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, gəlir (mənfəət) vergisindən azadolmanın tətbiq edilməsi üçün ilkin şərt payın və ya səhmin azı 3 il ərzində şəxsin mülkiyyətində olması müəyyən olunub.

Belə ki, payın bir hissəsi ən azı 3 il, digər hissəsi isə bu müddətdən az vaxtda mülkiyyətdə olduqda, azadolma yalnız ən azı 3 il mülkiyyətdə olmuş paya tətbiq ediləcək.

 

 V.BAYRAMOV,
“Xalq qəzeti”

7 2019 16:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə