Ən son xəbərlər
Cari ilin yanvar-iyun aylarında qeyri-neft-qaz sektorunun bütün fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, daxilolmalarda ən yüksək artım templəri rabitə sahəsində (48 faiz), bank və sığorta sektorunda (45 faiz), nəqliyyat sahəsində (23 faiz), xidmət sektorunda (21 faiz), tikinti sahəsində (7,7 faiz) və digər fəaliyyət sahələrində (19,8 faiz) qeydə alınıb.
Vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşması sahəsində görülən işlər nəticəsində iqtisadi fəaliyyət sahələrində real vergi potensialının aşkarlanması və bu əsasda büdcəyə vergi daxilolmalarının artırılması təmin edilməkdədir.
V.BAYRAMOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə