Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ƏDV ödəyicilərinin sayında 40 faiz artım olub

İqtisadiyyatın və dövriyyələrin şəffaflaşdırılması şəraitində dövriyyədə olan nağd pul kütləsinin manatla geniş pul kütləsində xüsusi çəkisi 2018-ci ilin əvvəlindəki 60,1 faizdən cari il iyunun sonuna 52,9 faizə enib.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, bu, şəffaflaşma və nağdsız ödənişlərin genişləndirilməsi nəticəsində mümkün olub.

Qeyd olunub ki, iqtisadiyyatda leqallaşma prosesləri özünü aktiv vergiödəyicilərinin, o cümlədən ƏDV ödəyicilərinin və aktiv obyektlərin sayında da büruzə verir.

Belə ki, cari il iyulun 1-nə ƏDV ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz, aktiv obyektlərin sayı isə 14 faiz artıb.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

7 2019 16:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə