Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Neft Fondu qızıl ehtiyatlarının statistikası hesabatı ilə bağlı açıqlama yayıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Ümumdünya Qızıl Şurasının (World Gold Council) avqustun 1-də yenilədiyi dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistikası hesabatında Azərbaycanın bu reytinqdə yer almaması ilə bağlı bildirib ki, qeyd edilən qurum ölkələrin qızıl rezervləri barədə məlumatı Beynəlxalq Valyuta Fondundan (BVF) əldə edir və bu statistika özündə əsasən Maliyyə Nazirliyi və Mərkəzi Banklar kimi monetar və fiskal qurumların balansında olan qızıl ehtiyatlarını özündə birləşdirir.

Fonddan bildirilib ki, bu səbəbdən Dövlət Neft Fondunun qızıl investisiyaları qurumun rüblük hesabatında öz əksini tapmayıb.

Qeyd edilib ki, ARDNF-nin İnvestisiya siyasəti və İnvestisiya qaydalarının tələblərinə uyğun olaraq iyunun 30-na ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı 95,47 ton (3 069 414,783 troya unsiyası və ya 4 356,4 milyon ABŞ dolları) təşkil edir. ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar Fondun rüblük və illik hesabatları vasitəsilə mütəmadi olaraq ictimaiyyətə açıqlanır.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

7 2019 16:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Sentyabr 2020 | 10:53
“Abşeron”dan görünənlər…

Köhnə versiyamızdan xəbərləri izlə