Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Şamaxı, İsmayıllı, Qəbələ və Oğuzda yol kənarında tikintisi nəzərdə tutulan 4 (eynitipli) sanitar qovşağın layihələndirilməsi işlərinin satın alınması məqsədilə kotirovka sorğusu elan edir

1. Kotirovka sorğusunda yüksək keyfiyyətli təşkilati işləri həyata keçirən rezident və ya qeyri-rezident hüquqi şəxslər iştirak edə bilərlər.
2. Kotirovka sorğusunun əsas şərtlər toplusunu əldə etmək üçün iddiaçılar Bakı,Nizami küçəsi 96 E, Landmark I, 3-cü mərtəbəyə müraciət edə bilərlər. (əlaqə ­telefonları- 505 87 04 (əlavə 2304), ­faks- 492 05 92.)
3. Kotirovka təklifi tələb olunan formada hazırlanaraq üzərində hüquqi şəxsin adı və ünvanı göstərilməklə möhürlənmiş qapalı zərfdə 22 avqust 2019-cu il saat 18.00-a qədər Bakı, Nizami küçəsi 96 E, Landmark I, 3-cü mərtəbəyə Dövlət Turizm Agentliyinə təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
Zərflərin açılışı ilə bağlı tender komissiyasının iclası 23 avqust 2019-cu il saat 11.00-da Bаkı şəhəri, Nizami küçəsi 96 E, Landmark I, 3-cü mərtəbədə Dövlət Turizm Agentliyinin ofisində keçiriləcəkdir.

Tender komissiyası 

7 2019 11:28 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə