Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası 2019-cu il üçün tələb olunan digər maşın və avadanlıqların satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Sumqayıt Şəhər Təcili  Tibbi Yardım Xəstəxanası  2019-cu il üçün tələb olunan digər maşın və  avadanlıqların satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1. Digər maşın və avadanlıqların satın alınması.
 Tender iştirakçılarına təklif olunur ki,öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
 Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Sumqayıt şəhəri, 9- cu məhəllə, Mehdi Hüseynzadə küçəsi 11 nömrəli ünvandan Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ala bilərlər.
 İştirak haqqı 100 manatdır.
 Təşkilat - Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası 
 Sumqayıt YXO 
 VÖEN-2900558851
 Hh - AZ98 CTRE00000000000002126634
 Büdcə təsnifatı kodu –142340
 Büdcə səviyyəsinin kodu –7Y
 DÖVLƏT XƏZİNƏDARLIĞI AGENTLİYİ
 KOD – 210005
 VÖEN - 1401555071
 Mh- AZ41NABZ01360100000000003944
 S. W. I. F. T. BİK- CTREAZ 22
 İştirak haqqı heç bir halda geri qaytarılmır.
 İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak üçün ərizə;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
- son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri ;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat. 
İddiaçıların sənədləri Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.(xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 9 sentyabr 2019-cu il saat 17.00- dək, iş qrafiki , tender təklifi və bank zəmanətini isə möhürlənmiş, ikiqat zərfdə 16 sentyabr 2019-cu il saat 17.00- dək Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına (ünvan – Sumqayıt şəhəri, 9- cu məhəllə , Mehdi Hüseynzadə küçəsi 11) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqlar.
Təklif zərfləri 17 iyun 2019- cu il saat 12.00- da yuxarıda qeyd olunan ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Əlaqələndirici şəxs- Amil İsmayılov.
Telefon- (018) 65-5-87-12, mobil (055-483-33-23).
Ünvan- Sumqayıt şəhəri, 9- cu məhəllə, Mehdi Hüseynzadə küçəsi 11, Təcili Tibbi Yardım Xəstəxanası

 

Tender komissiyası

7 2019 11:28 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə