Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BP şirkəti Şəfəq-Asiman üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədini təqdim edib

BP şirkəti Şəfəq-Asiman üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədini təqdim edib

BP şirkəti Şəfəq-Asiman üzrə hasilatın pay bölgüsü haqqında sazişin operatoru kimi elan edir ki, podratçı tərəflərin adından Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədini hazırlayıb və dərc edib.

Sənəddə Şəfəq-Asiman dəniz blokunda kəşfiyyat quyusunun qazılması işlərinin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və təsirin azaldılması üçün görülməli tədbirlər tövsiyə edilir. ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərdən yarana biləcək hər hansı mənfi ekoloji və sosial-iqtisadi təsirləri müəyyənləşdirmək, minimuma endirmək və mümkün olduqda aradan qaldırmaqdır.

Hazırda Şəfəq-Asiman Müqavilə sahəsində suyun təxminən 624 metr dərinliyində bir kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Qazma işlərinin 2019-cu ilin dördüncü rübündə başlayacağı gözlənilir.

Şəfəq-Asiman Müqavilə sahəsi Xəzər dənizinin Azərbaycan sektorunda Bakıdan cənub-şərq istiqamətində təxminən 125 km məsafədə suyun dərinliyi təxminən 600-800 metr olan ərazidə yerləşir. Məhsuldar layın dərinliyi təxminən 7000 metr təşkil edir.

Maraqlı tərəflərlə məsləhətləşmə ƏMSSTQ prosesinin mühüm elementidir. Maraqlı tərəflərin rəylərinin toplanması və sənədləşdirilməsi prosesi layihənin planlaşdırılmasında və ƏMSSTQ-də əsas maraqlı tərəflərin ümumi rəylərinin nəzərə alınmasını təmin edir.

ƏMSSTQ sənədinin tam layihə variantı və qısa xülasəsi Azərbaycan və ingilis dillərində hazırlanıb və BP-nin vebsaytında yerləşdirilib:

https://www.bp.com/en_az/caspian/sustainability/environment/env-and-social-documentation.html

                                                                       

“Xalq qəzeti”

7 2019 10:05 -

Köhnə versiyamızdan xəbərləri izlə